...

Suriya Prezidenti İrana səfər edəcək

Dünya xəbərləri Materials 1 Oktyabr 2010 12:29 (UTC +04:00)
Suriya Prezidenti Bəşər Əsəd sabah (şənbə) İrana rəsmi səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Suriya Prezidenti İrana səfər edəcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Suriya Prezidenti Bəşər Əsəd sabah (şənbə) İrana rəsmi səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Səfər zamanı Əsəd iranlı həmkarı Mahmud Əhmədinejadla və bu ölkənin digər rəsmiləri ilə ikitərəfli münasibətlər, regional və beynəlxalq aləmdə baş verən hadisələr haqqında müzakirələr aparacaq. Sonuncu dəfə Əsəd 2009-cu ilin avqust ayında İrana səfər etmişdi. İran Prezidenti Əhmədinejad sentyabrın 18-də Nyu-Yorka səfəri zamanı yolüstü Suriyaya ikisaatlıq səfər edərək, suriyalı həmkarı ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti