...

İran nüvə problemi ilə bağlı danışıqlara hazırdır – XİN nümayəndəsi

Dünya xəbərləri Materials 5 Oktyabr 2010 16:49 (UTC +04:00)
Tehran özünün nüvə proqramı ilə bağlı Qərblə danışıqlara hazırdır. Bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib.
İran nüvə problemi ilə bağlı danışıqlara hazırdır – XİN nümayəndəsi

Tehran özünün nüvə proqramı ilə bağlı Qərblə danışıqlara hazırdır. Bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib. Məlumatı Press TV yayıb.

"İran İslam Respublikası danışıqları dəstəkləyir, lakin öz hüquqlarından imtina etməyəcək. Biz İranın hüquqlarının tanınmasına gətirib çıxaracaq danışıqlara hazır olduğumuzu təsdiqləyirik və dəfələrlə buna hazır olduğumuzu bildirmişik", - Mehmanpərəst çərşənbə axşamı özünün həftəlik mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, İran Nyu-Yorkda BMT Baş Assambleyasının kuluarlarında "5+1" qrupu ilə nazirlər səviyyəsində danışıqların keçirilməsi barədə təklif irəli sürüb. "Lakin, görünür, digər tərəfin fikirləri haçalanıb və Tehranda danışıqlar masası arxasına əyləşmək imkanını itiriblər", - o deyib.

Mehmanpərəst bildirib ki, İslam Respublikası həmişə danışıqları alqışlayır, lakin heç bir şəraitdə nüvə proqramının işlənməsi üzrə öz hüquqlarından imtina etməyəcək.

İran mayın 17-də İran, Braziliya və Türkiyə arasında imzalanmış Tehran sazişi əsasında danışıqlara hazır olduğunu iddia edir.

Tehran bəyan edir ki, İranın nüvə texnologiyalarının mənimsənilməsi sahəsində malik olduğu hüquqlarının tanınması üçün praktiki addımlar atılmayanadək, onun nüvə proqramı ilə bağlı danışıqların heç bir faydası olmayacaq.

Xəbər lenti

Xəbər lenti