...

Türkiyə İsraildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının konfransında iştirak edəcək

Dünya xəbərləri Materials 6 Oktyabr 2010 17:47 (UTC +04:00)
Türkiyə oktyabrın sonunda Şərqi Qüdsdə keçiriləcək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) konfransına rəsmi nümayəndə heyətini göndərəcək.
Türkiyə İsraildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının konfransında iştirak edəcək

Türkiyə oktyabrın sonunda Şərqi Qüdsdə keçiriləcək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) konfransına rəsmi nümayəndə heyətini göndərəcək. Məlumatı "Hürriyet Daily News & Economic Review" saytı yayıb.

Turizm Nazirliyinin nümayəndəsi Özgür Özaslan oktyabrın 20-dən 22-dək Şərqi Qüdsdə İsrail hökumətinin rəhbərliyi altında keçiriləcək İƏİT-in konfransında Türkiyə nümayəndə heyətinə başçılıq edəcək.

Ankaranın bu konfansda iştirakı İsrail hərbçilərinin Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq donanması"na doqquz nəfərin ölümünə səbəb olan hücumundan sonra iki ölkə arasındakı münasibətlərin gərginliyini nəzərə alaraq həm İsrail, həm də Türkiyənin özündə təəccüb doğurub.

Fələstin administrasiyası Avropa İttifaqından beynəlxalq hüquqlara görə işğal olunmuş ərazi hesab olunan Şərqi Qüdsdə konfransı ləğv etməyi tələb edib. Böyük Britaniya və İspaniya artıq İƏİT-in konfransında iştirak etməyəcəklərini elan ediblər.

Xəbər lenti

Xəbər lenti