Tehran qonşu ölkələrin vətəndaşları üçün viza rejimini ləğv etməyi planlaşdırır. Bunu İranın xarici işlər naziri Mənuçöhr Müttəki deyib. Məlumatı IRNA agentliyinə istinadən Press TV yayıb.
O bildirib ki, bu addım İranın qonşu ölkələrlə qarşılıqlı fəaliyyətini və əlaqələrini fəallaşdırmağa imkan verəcək.
Müttəki əlavə edib ki, İran artıq Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib və yaxın vaxtlarda Bakının cavab addımı atacağını gözləyir.
Onun sözlərinə görə, bundan əlavə yaxın gələcəkdə İran və Gürcüstan da hər iki ölkənin vətəndaşları üçün viza rejimini aradan qaldırmağı planlaşdırır.
İran vətəndaşlarına 43 ölkəyə vizasız gedişə icazə veriləcəyi ehtimal edilir.