...

Əhmədinejad Rusiyanı S-300-ün satışı haqqında sazişi ləğv etdiyinə görə tənqid edib

Dünya xəbərləri Materials 3 Noyabr 2010 16:41 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad Rusiyanı Tehranla S-300 raket əlyehinə müdafiə sisteminin satışı üzrə sazişi ləğv etdiyinə görə tənqid edib.
Əhmədinejad Rusiyanı S-300-ün satışı haqqında sazişi ləğv etdiyinə görə tənqid edib

İran Prezidenti Mahmud Əhmədinejad Rusiyanı Tehranla S-300 raket əlyehinə müdafiə sisteminin satışı üzrə sazişi ləğv etdiyinə görə tənqid edib. Bu barədə "dpa" məlumat yayıb.

"Bəzi dövlət qulluqçuları güman edirlər ki, silah satışı üzrə sövdələşməni qeyri-qanuni ləğv etməklə, İrana ziyan vura bilərlər, - Əhmədinejad İranın Bojnurd şəhərində çıxışı zamanı deyib. - İranın ölkəni müdafiə etmək üçün onların raketlərinə ehtiyacı yoxdur, lakin onlar qüvvədə olan müqavilələri yerinə yetirməlidirlər və imtina ediləcəyi halda, biz vurulan ziyana görə təzminat tələb edəcəyik".

Prezident Dmitri Medvedev cari ilin sentyabrında BMT Təhlükəsizlik Şurasının sanksiyaları səbəbindən İrana S-300 raket əleyhinə müdafiə sisteminin satışının qadağan edilməsi haqqında fərman imzalayıb. Prezidentin fərmanı İrana tank, artilleriya silahları, hərbi gəmilər, vertolyot və RƏM sisteminin satışını qadağan edib.

"Sövdələşmənin ləğv edilməsinə görə İranın ABŞ-a güzəştə gedəcəyini fikirləşənlər bilməlidirlər ki, biz bunu heç vaxt etməyəcəyik", - Əhmədinejad qeyd edib.

Rusiya və Çin İranla siyasi və iqtisadi münasibətləri saxlamaqda davam edən yeganə böyük dövlətlərdir.

Xəbər lenti

Xəbər lenti