...

Nigeriya məhkəməsi İran vətəndaşını silahdaşımada ittiham edir

Dünya xəbərləri Materials 26 Noyabr 2010 14:15 (UTC +04:00)
Nigeriya məhkəməsi bir İran və üç Nigeriya vətəndaşını İrandan göndərilən və Qərbi Afrika ölkəsinin əsas limanında aşkar olunan raketlər və minaatanlar da daxil olmaqla qanunsuz silah daşınmasında ittiham edib. Bu barədə AFP məlumat verib.
Nigeriya məhkəməsi İran vətəndaşını silahdaşımada ittiham edir

Nigeriya məhkəməsi bir İran və üç Nigeriya vətəndaşını İrandan göndərilən və Qərbi Afrika ölkəsinin əsas limanında aşkar olunan raketlər və minaatanlar da daxil olmaqla qanunsuz silah daşınmasında ittiham edib. Bu barədə AFP məlumat verib.

İran vətəndaşı Əzim Ağacani məhkəmə sənədlərində Tehranda yaşayan iş adamı və "İslam İnqilabı Keşikçiləri Korpusu"nun üzvü kimi göstərilir.

İran bəyan edib ki, silahlar özəl şirkət tərəfindən göndərilib.

İttiham olunan üç nigeriyalı bu ittihamları rədd edir. Ağacaniyə isə vəkili məhkəmədə iştirak etmədiyinə görə, gözləməyə icazə verilib. İttiham olunanların hamısı hazırda həbsdə saxlanılırlar.

"İttiham olunanlar araşdırma başa çatanadək [kəşfiyyat idarəsinin] mühafizəsi altında saxlanılmalıdırlar və onlar vəkillə təmin olunmalıdırlar", - hakim Hafsat Sadiq Soso bildirib.

İttiham sənədlərinə görə, Ağacani şübhəli bilinən nigeriyalılardan biri ilə "ölkəyə qadağan olunmuş müxtəlif kalibrli odlu silahların olduğu 13 20 futluq konteynerlər gətirib ...".

Nigeriyanın xüsusi xidmət orqanları ötən ay Laqos limanında silah müsadirə ediblər. Konteynerlər İranın Bəndər-Abbas limanında yüklənib.

Yük sahibi sonradan konteynerlərin yenidən yüklənməsinə və Qambiyaya yola salınmasına nail olub.

Nigeriya müsadirə olunan silahlar barədə BMT Təhlükəsizlik Şurasını məlumatlandırıb. Çünki nüvə proqramı ilə əlaqədar İrana BMT-nin dörd sanksiya qətnaməsi tətbiq edilib. Sanksiyalara silah satışı üzrə qadağa da daxildir.

Nigeriya XİN başçısı Odeyn Acumoqobianın sözlərinə görə, ola bisin ki, bu işdə hansısa diplomatın da əli var. Lakin hakimiyyət İran tərəfinin ləğv etməkdən imtina etdiyi diplomatik toxunulmazlıq üzündən onu istintaqa cəlb edə bilmir.

Xəbər lenti

Xəbər lenti