Tehrandan Kirmanşah şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusunda Həmədan şəhəri yaxınlığında yanğın baş verib, sərnişinlərdən 7 nəfər ölüb 5-i isə xəsarət alıb. Bu barədə İran Polisinin rəsmi xəbər saytı məlumat verir.
Məlumata əsasən, yanğın avtobus hərəkətdə olarkən baş verib. Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırlıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Yanğının baş vermə səbəbləri araşdırlır.