...

İran məktəblərində güclü qarın yağması nəticəsində dərslər təxirə salındı (FOTO)

Dünya xəbərləri Materials 17 Yanvar 2011 10:21 (UTC +04:00)
Güclü qarın yağması paytaxt Tehran daxil olmaqla İranın başqa əyalətlərindədə (Qum, Həmədan, Qərbi Azərbaycan və s.) dərslərin təxirə salınmasına səbəb oldu.
İran məktəblərində güclü qarın yağması nəticəsində dərslər təxirə salındı (FOTO)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 16 yanvar 10:16-da yayılıb)

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Güclü qarın yağması paytaxt Tehran daxil olmaqla İranın başqa əyalətlərindədə (Qum, Həmədan, Qərbi Azərbaycan və s.) dərslərin təxirə salınmasına səbəb oldu.

Bazar günü güclü qar və sürüşkən yollar səbəbindən uşaq bağçaları, məktəblər və peşə məktəbləri (İranda cümə günü istirahət günüdür) səhər növbəsi ərzində müvəqqəti bağlı idi. Sürüşkən yollar və pis görünmə dərəcəsi Tehran əyalətində Karaj-Çaluz və Şimşək-Dizin, Zəncanın Qidar-Əphər, Qərbi Azərbaycanın Təkab-Iranha avtomaqistralların bağlanmasına səbəb olub.

Hava şəraiti dəyişilmədiyi təqdirdə, Bazar ertəsidə dərsləri təxirə salmaq nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti