...

İranda atom-güc mikroskopu istehsal olunub

Dünya xəbərləri Materials 18 Yanvar 2011 13:07 (UTC +04:00)
İranın Malik Əjdər Universitetinin mütəxəssisləri atom-güc mikroskopu istehsal edib. Mikroskop atom zərrəcikləri və molekulları ölçüsündəki obyektləri dəqiq təsvirlə göstərə bilir. Bu barədə Trend İranın jamejamonline.ir saytına istinadən məlumat verir.
İranda atom-güc mikroskopu istehsal olunub

İranın Malik Əjdər Universitetinin mütəxəssisləri atom-güc mikroskopu istehsal edib. Mikroskop atom zərrəcikləri və molekulları ölçüsündəki obyektləri dəqiq təsvirlə göstərə bilir. Bu barədə Trend İranın jamejamonline.ir saytına istinadən məlumat verir.

Layihənin icracı rəhbəri Abbas Şahmuradi bildirib ki, istehsal olunmuş atom-güc mikroskopu metal, qeyri metal, bakteriya və virusları təhlil edə bilir. "Atom-güc mikroskopunun istehsalı layihəsi üzərində 7 il araşdırma aparılıb. Bu araşdırma nəticəsində həmçinin nanometrik sensorlar istehsal edə bilmişik", - Şahmuradi deyib.

O, əlavə edib ki, atom-güc mikroskoplarının istehsal texnologiyası dünyada 7 ölkədə mövcuddur. "Bizim istehsal etdiyimiz mikroskop öz əcnəbi oxşarları ilə iş və güc baxımdan rəqabət aparmaq gücündədir və istehsal xərci də onlara nisbətən 50 faiz ucuzdur", - Şahmuradi deyib.

Xəbər lenti

Xəbər lenti