...

İranda müxalifətə qarşı kütləvi həbslər başlanıb

Dünya xəbərləri Materials 11 Fevral 2011 13:42 (UTC +04:00)
İran təhlükəsizlik qüvvələri bir neçə siyasi fəal və mətbuat işçisini həbs edib, onların arasında İranın sabiq prezidenti Məhəmməd Xatəminin hakimiyyəti dövründə rifah və sosial təminat naziri olan Məhəmməd Hüseyn Şərifzadeqa da var. Bu barədə Trend kaleme.com saytına istinadən məlumat verir.
İranda müxalifətə qarşı kütləvi həbslər başlanıb

İran təhlükəsizlik qüvvələri bir neçə siyasi fəal və mətbuat işçisini həbs edib, onların arasında İranın sabiq prezidenti Məhəmməd Xatəminin hakimiyyəti dövründə rifah və sosial təminat naziri olan Məhəmməd Hüseyn Şərifzadeqa da var. Bu barədə Trend kaleme.com saytına istinadən məlumat verir.

Məlumata görə, ötən gün müxalifət liderlərindən olan Mir Hüseyn Musəvinin seçki qərargahının hüquq məsələləri komitəsinin katibi Saleh Noqrekar, jurnalistlər - Meysəm Məhəmmədi, Ümid Mühəddis və Ayətullah Müntəzirinin şagirdi Mustafa Mir Əhmədizadə də həbs olunub.

Məlumata əsasən, həbs olunanlar arasında Müsəvinin müşaviri Əlirza Behiştinin oğlu Sədrəddin Behişti də var.

Ötən gün həmçinin, müxalifət liderlərindən olan Mehdi Kərrubi ev dustağı edilib. Ona fevralın 14-dək həyat yoldaşı Fatimə Kərrubidən başqa digər qohumları ilə görüşmək qadağan olunub.

Musəvi və Kərrubi bir neçə gün bundan öncə İranın daxili işlər nazirliyinə müraciət edərək fevralın 14-də Misir və Tunis xalqları ilə həmrəylik nümayiş etdirmək məqsədi ilə mitinq keçirmək üçün icazə istəyiblər.

Xəbər lenti

Xəbər lenti