...

İranın daxili işlər naziri Əfqanıstana səfər edəcək

Dünya xəbərləri Materials 7 Mart 2011 10:34 (UTC +04:00)
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar yaxın günlərdə Əfqanıstana səfər edəcək.
İranın daxili işlər naziri Əfqanıstana səfər edəcək

Azərbaycan, Bakı, 7 mart /Trend/

İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar yaxın günlərdə Əfqanıstana səfər edəcək. Bunu İran DİN-in mətbuat xidmətinin rəhbəri Həsən Əslmənd deyib. Bu barədə Trend İran DİN-in rəsmi saytı moi.ir-ə istinadən məlumat verir.

Əslmənd səfərin dəqiq vaxtını açıqlamasa da cari həftə ərzində baş tutacağını deyib.

O, bildirib ki, səfərdə məqsəd iki ölkə arasında təhlükəsizlik və narkotiklərlə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Nəccar səfər zamanı Əfqanıstan prezidenti, daxili işlər naziri, narkotiklərlə mübarizə naziri və digər rəsmilərlə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti