...

Zəlzələ nəticəsində Yaponiyaya dəyən ziyan 235 milyard dollar və ya ÜDM-in 4 faizini təşkil edib

Dünya xəbərləri Materials 21 Mart 2011 11:32 (UTC +04:00)
Dağıdıcı zəlzələdən və ondan sonra baş verən sunami nəticəsində Yaponiyaya dəyən ümumi ziyan 235 milyard dollar və ya milli ÜDM-in 4 faizini təşkil edə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dünya Bankının (DB) yenilənmiş "Şərqi Asiya və Sakit okean iqtisadiyyatı" məruzəsində deyilir.
Zəlzələ nəticəsində Yaponiyaya dəyən ziyan 235 milyard dollar və ya ÜDM-in 4 faizini təşkil edib

Dağıdıcı zəlzələdən və ondan sonra baş verən sunami nəticəsində Yaponiyaya dəyən ümumi ziyan 235 milyard dollar və ya milli ÜDM-in 4 faizini təşkil edə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dünya Bankının (DB) yenilənmiş "Şərqi Asiya və Sakit okean iqtisadiyyatı" məruzəsində deyilir.

DB-nin məlumatına görə, özəl sığorta şirkətlərinin itkiləri 33 milyon dollara çata bilər, hökumət isə təkcə indiki büdcədən infrastrukturun yenidən qurulmasına azı 12 milyard dollar ayırmalı olacaq. Məlumatı RİA Novosti yazır.

"Keçilmiş təcrübədən çıxış etsək, Yaponiyada 2011-ci ilin ortalarına ÜDM artımı ləng gedəcək. Lakin sonrakı rüblərdə azı 5 il davam edəcək qızğın yenidənqurma sayəsində artacaq", - məruzədə deyilir.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 21 mindən çox insan həlak olub və ya itkin düşüb.

Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" və "Fukusima-2" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. "Fukusima-1"də birinci, ikinci və üçüncü reaktorlarda partlayışlar baş verib. Sonradan emal edilən nüvə yanacağının saxlanması üçün istifadə edilən AES-in dördüncü blokunda da partlayış və bir neçə yanğın baş verib.

Xəbər lenti

Xəbər lenti