...

İran müxalifətinin lideri Musəvinin atası vəfat edib

Dünya xəbərləri Materials 30 Mart 2011 18:05 (UTC +04:00)
İranın müxalifət liderlərindən olan Mir Hüseyn Musəvinin atası Mir İsmayıl Musəvi martın 30-da Tehranda yaşadığı evdə vəfat edib.
İran müxalifətinin lideri Musəvinin atası vəfat edib

İranın müxalifət liderlərindən olan Mir Hüseyn Musəvinin atası Mir İsmayıl Musəvi martın 30-da Tehranda yaşadığı evdə vəfat edib. Bu barədə Trend İranın müxalifət saytı kaleme.com-a istinadən məlumat verir.

Məlumata əsasən, Mir İsmayıl Musəvi 103 yaşında vəfat edib. O, İranın ali rəhbəri ayətullah Xamneyinin atası Seyyid Cavad Xamneyinin dayısı oğludur.

Mir Hüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd fevralın 14-dən ev dustağı edilmişdi. Bəzi İran dövlət KİV-lərinin məlumatına əsasən, Musəviyə son günlərdə həyat yoldaşı ilə birlikdə atasını ziyarət etmək üçün icazə verilib. Lakin müxalifət saytları bununla bağlı məlumatlar dərc etməyiblər. Mir Hüseyn Musəvinin övladları babalarının vəfatı ilə bağlı bu gün bəyanat yayıblar. Bəyanatda bildirilir ki, Mir İsmayıl Musəvi 45 gün idi ki, öz övladını [Mir Hüseyn Musəvini] görmək həsrəti ilə yataq xəstəsi idi və hər gün Mir Hüseyni və onun həyat yoldaşını soruşurdu".

Hələlik Mir İsmayıl Musəvinin dəfn mərasiminin nə vaxt və harada keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti