...

İranda hərbi parad keçirilir (FOTO)

Dünya xəbərləri Materials 18 Aprel 2011 16:08 (UTC +04:00)
Bu g ün (a prelin 18-də) İran Silahlı Qüvvələri Günü münasibətilə Tehranda hərbi parad keçirilir.
İranda hərbi parad keçirilir (FOTO)

Fotoşəkillər əlavə olunub.( ilk xəbər saat 10:04 də yayımlanıb)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bu gün İran Silahlı Qüvvələri Günü münasibətilə Tehranda hərbi parad keçirilir. Bu barədə Trend İran televiziyasının rəsmi saytı iribnews-a istinadən məlumat verir.

Hərbi paradda İran Silahlı Qüvvələrinin bütün bölmələri, "Sepah" korpusu, Quru Qoşunları və Hərbi Hava Qüvvələri iştirak edir . Parad İranın sabiq ali lideri Ayətullah Xomeyninin məqbərəsi önündə təşkil olunur . İran prezidenti Mahmud Əhmədinejad və ölkənin digər rəsmiləri paradı izləyirlər.

Paradda hərbi təyyarələrin hava nümayişləri olacaq. İranın SQ-nin əldə etdiyi son nailiyyətləri nümayiş olunur. Bundan başqa, ilk dəfə olaraq SU-24 tipli təyyarənin havada digər SU-24 tipli təyyarəyə yanacaq doldurması nümayiş olunacaq.

Aprelin 18-i İranda Silahlı Qüvvələr Günüdür.

Xəbər lenti

Xəbər lenti