...

İnterpol bin Ladenin öldürülməsi ilə əlaqədar terror aktları təhlükəsinin artacağı barədə xəbərdarlıq edir

Dünya xəbərləri Materials 2 May 2011 13:55 (UTC +04:00)
İnterpolun baş katibi Ronald Nobl təşkilata üzv ölkələri Üsəma bin Ladenin məhv edilməsindən sonra terror aktlarına mümkün cəhdlərlə bağlı yüksək sayıqlıq göstərməyə çağırıb. Trend-in məlumatına görə, xəbər "RİA Novosti" yazı
İnterpol bin Ladenin öldürülməsi ilə əlaqədar terror aktları təhlükəsinin artacağı barədə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 2 may /Trend/

İnterpolun baş katibi Ronald Nobl təşkilata üzv ölkələri Üsəma bin Ladenin məhv edilməsindən sonra terror aktlarına mümkün cəhdlərlə bağlı yüksək sayıqlıq göstərməyə çağırıb. Trend-in məlumatına görə, xəbər "RİA Novosti" yazır.

Bin Laden mayın 1-də Pakistanın paytaxtı İslamabad yaxınlığındakı evlərdən birində ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilib. ABŞ Prezidenti Barak Obama bunu təsdiqləyib. O, məlumat verib ki, əməliyyata hələ bir həftə əvvəl icazə verib və Pakistan hakimiyyəti əməliyyat keçirilməsi barədə məlumatlandırılıb. Amerika KİV-inin məlumatına görə, terrorçunun cəsədi artıq dənizə atılıb.

"İnterpolun rəhbəri quruma üzv ölkələrin hüquq-mühafizə orqanlarını bin Ladenin ölümü ilə əlaqədar "Əl-Qaidə"dən və onun ruhlandırdığı terrorçulardan gələn terror təhlükəsinə qarşı xüsusilə sayıq olmağa çağırıb", - bazar ertəsi İnterpolun yaydığı bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti