...

İran Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının pensiyaya çıxma yaşı artırılıb

Dünya xəbərləri Materials 10 May 2011 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

İran parlamenti çərşənbə axşamı keçirilən iclasda ölkənin Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının pensiyaya çıxma yaşının 60-dan 65-dək artırılması haqqında qanun layihəsini təsdiq edib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

khabaronline.ir saytının məlumatına görə, İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazim Cəlali bildirib ki, Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının əksəriyyəti pensiya yaşına çatıb və nazirlikdə gənc kadrların yetişdirilməsi zəruridir.

Cəlali əlavə edib ki, Təhlükəsizlik Nazirliyinin əməkdaşları 30 illik təcrübəyə malikdirlər və bu layihənin təsdiqi ilə onlar öz təcrübələrini gənc kadrlara öyrədə biləcəklər.

Xəbər lenti

Xəbər lenti