Azərbaycan, Bakı, 13 may /Trend/
Cümə günü səhər İranın Kirman əyalətinin mərkəzi həbsxanasında dörd nəfər edam olunub. Bu barədə Trend İranın ISNA xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Kirman əyalət prokurorluğundan bildirilib ki, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.
Xarici KİV-in məlumatına əsasən, 2011-ci ilin əvvəlindən indiyədək İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 80 nəfərdən çox şəxs edam olunub.
BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan daha çoxdur.