...

İranda daha dörd narkotik qaçaqmalçısı edam olunub

Dünya xəbərləri Materials 1 İyun 2011 13:26 (UTC +04:00)
Bu gün səhər İranın Kirman əyalətinin mərkəzi həbsxanasında 4 nəfər edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranda daha dörd narkotik qaçaqmalçısı edam olunub

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Bu gün səhər İranın Kirman əyalətinin mərkəzi həbsxanasında 4 nəfər edam olunub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Kirman əyaləti prokurorluğundan bildirilib ki, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.

Beynəlxalq KİV-in məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək İranda 154 nəfərdən çox şəxs edam olunub. Narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə isə 90 nəfərdən çox şəxs edam olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan daha çoxdur.

Xəbər lenti

Xəbər lenti