...

Nursultan Nazarbayev xarici klinikada planlı tibbi müayinədən keçib və Qazaxıstana qayıdır

Dünya xəbərləri Materials 20 İyul 2011 12:21 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xarici klinikada planlı tibbi müayinədən keçib və Qazaxıstana qayıdır. Trend-in məlumatına görə, bu barədə Astanadakı mənbə QazTAQ agentliyinə bildirib.
Nursultan Nazarbayev xarici klinikada planlı tibbi müayinədən keçib və Qazaxıstana qayıdır

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xarici klinikada planlı tibbi müayinədən keçib və Qazaxıstana qayıdır. Trend-in məlumatına görə, bu barədə Astanadakı mənbə QazTAQ agentliyinə bildirib.

"Prezident xaricdəki klinikalardan birində profilaktik tibbi müayinədən keçib və yaxın günlərdə ölkəyə qayıdacaq", - mənbə çərşənbə günü telefonla deyib.

Müsahib bildirib ki, "bu adi təcrübədir". "Nazarbayev ildə iki dəfə profilaktik tibbi müayinədən keçir: bir dəfə ölkədə və bir dəfə xaricdə", - o izah edib.

Mənbə əlavə edib ki, "təcili xəstəxanaya yerləşdirmə olmayıb, cərrahi müdaxilə də olmayıb".

İyulun 11-də prezidentin mətbuat xidməti "dövlət başçısının qısamüddətli məzuniyyətdə" olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti