...

İranda 4,6 maqnitudalı zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 İyul 2011 10:38 (UTC +04:00)
Cümə günü İranın Kirman əyalətinin Faryab şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib.
İranda 4,6 maqnitudalı zəlzələ baş verib

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Cümə günü İranın Kirman əyalətinin Faryab şəhərində 4,6 maqnitudalı zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.

Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 02:57-də baş verdiyini bildirib. Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Ümumiyyətlə, İranda tez-tez zəlzələ baş verir. Ötən il İranın Fars əyalətinin Ərdəkan (Sepidan) şəhərində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində Fars əyalətinin 17 kəndində evlər dağılmışdı. Məlumata əsasən, evlərin bəziləri tamamilə uçub. Hadisə nəticəsində 18 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti