...

İranda neft kəmərində güclü yanğın olub

Dünya xəbərləri Materials 5 Avqust 2011 10:26 (UTC +04:00)
Cümə günü səhər Xuzistan əyalətinin Şuş Danyal şəhəri yaxınlığında İranın Cənub Regionu üzrə Milli Neft Şirkətinə məxsus boru kəmərində güclü yanğın baş verib. Bu barədə Trend İranın /naftnews.net/ saytına istinadən məlumat verir.
İranda neft kəmərində güclü yanğın olub

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Cümə günü səhər Xuzistan əyalətinin Şuş Danyal şəhəri yaxınlığında İranın Cənub Regionu üzrə Milli Neft Şirkətinə məxsus boru kəmərində güclü yanğın baş verib. Bu barədə Trend İranın /naftnews.net/ saytına istinadən məlumat verir.

Yanğın baş verən kəmər Lorestan əyalətində yerləşən Qələnar neft yatağından hasil olunan nefti Əhvaz şəhərinə, "Karun" şirkətinin emal zavoduna nəql edir.

Yanğını söndürmək məqsədilə Böhran Komitəsi yaradılıb. Hadisə yerində yanğın söndürənlər və əməliyyat qurupları yanğını söndürməyə çalışır.

İlkin məlumata görə, hadisə zamanı ölən və yaralananlar olmayıb.

Xəbər lenti

Xəbər lenti