...

Suriya üsyançıları Milli Keçid Şurasının sədrini seçiblər

Dünya xəbərləri Materials 29 Avqust 2011 14:05 (UTC +04:00)
Bu gün Suriya üsyançıları Milli Keçid Şurasının sədrini seçiblər. Şuranın sədri vəzifəsi Burhan Qalyuna tapşırılıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
Suriya üsyançıları Milli Keçid Şurasının sədrini seçiblər

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Bu gün Suriya üsyançıları Milli Keçid Şurasının sədrini seçiblər. Şuranın sədri vəzifəsi Burhan Qalyuna tapşırılıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Suriyada kütləvi etiraz aksiyaları martın ortalarından ölkənin cənubundakı Dəra şəhərindən başlayıb, daha sonra isə ölkənin digər regionlarını əhatə edib. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, bu müddət ərzində təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 1,6 mindən çox insan həlak olub.

Rəsmi məlumatlara əsasən, "silahlı terrorçu elementlərə" qarşı əməliyyatlarda 500 hərbi qulluqçu və təhlükəsilzik qüvvələrinin nümayəndələri həlak olub.

Cümə axşamı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Avropa İttifaqının adından Bəşşar Əsədin Suriya xalqının gözündə öz legitimliyini itirdiyini bəyan edib və onu istefaya çağırıb. Eşton onu da bildirib ki, Aİ Suriya rəhbərliyi ilə bağlı yeni sanksiyalar paketi hazırlayır. Aİ-nin mövqeyini Fransa, Almaniya, Böyük Britaniya və İspaniya da dəstəkləyib.

Xəbər lenti

Xəbər lenti