...

Suriya Türkiyədən mal idxalını dayandırıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2011 11:25 (UTC +04:00)
Suriya hakimiyyəti sentyabrın 25-dən etibarən ölkənin Baş naziri Adil Səfərin qərarı ilə Türkiyədən bütün malların idxalını dayandırıb. Bu barədə Trend CNN Türk telekanalına istinadən xəbər verir.
Suriya Türkiyədən mal idxalını dayandırıb

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya hakimiyyəti sentyabrın 25-dən etibarən ölkənin Baş naziri Adil Səfərin qərarı ilə Türkiyədən bütün malların idxalını dayandırıb. Bu barədə Trend CNN Türk telekanalına istinadən xəbər verir.

Həmin qərara görə, Türkiyədən Suriyaya 1 milyard 152 milyon dollar mal idxalı haqqında müqavilə də öz qüvvəsini itirib.

Türkiyənin İqtisadiyyat Nazirliyi bu faktı təsdiqləyib və bəyan edib ki, Suriya hakimiyyətinin bu addımı iki ölkə arasında mal dövriyyəsinin tam dayanmasına gətirib çıxarıb.

Dünən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Suriyada baş verən hadisələr səbəbindən onun ölkəsinin "səbri tükənir" və o, Prezident Əsədi ölkədə zorakılığa son qoymağa və istefaya getməyə çağırıb.

Bundan əvvəl Suriya Prezidentinin müşaviri Buseyn Şaaban bildirmişdi ki, Ankara Suriyanı nümayişçilərə divan tutmaqda ittiham edərsə, "qətiyyətli cavab" alacaq.

Ötən həftə Avropa İttifaqı Suriyaya qarşı yeni sanksiyalar paketini tətbiq etmək barədə niyyətini bəyan edib. Yeni sanksiyalar Suriyada neft sektorunun investisiyalaşdırılmasına, beynəlxalq bank kreditlərinin verilməsinə, Suriya şirkətlərində iştirak payının alınması və genişləndirilməsinə, eləcə də BM-in yaradılmasına qadağanın tətbiqini nəzərdə tutur.

Suriyada artıq yarım ildən artıqdır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti