...

Serj Sarqsyan Allahşükür Paşazadə və II Qareqin ilə görüşüb

Dünya xəbərləri Materials 29 Noyabr 2011 04:00 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarqsyan MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçirilən iclasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni və Bütün Ermənilərin Katolikosu II Qaregini qəbul edib.
Serj Sarqsyan Allahşükür Paşazadə və II Qareqin ilə görüşüb

Ermənistan prezidenti Serj Sarqsyan MDB Dinlərarası Şurası Rəyasət Heyətinin İrəvanda keçirilən iclasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni və Bütün Ermənilərin Katolikosu II Qaregini qəbul edib.

Armenpressin yaydığı xəbərə görə, görüş zamanı Ermənistan prezidenti bütün dünyada dinlərarası razılığın rolunu yüksək qiymətləndirib, bölgədə tolerantlıq atmosferinin formalaşmasının vacibliyini qeyd edib və dini liderlərin bu işdə böyük rolunun ola biləcəyinə əminliyini vurğulayıb.

Sarqsyan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin Katolikosu II Qareginin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş addımlarını alqışlayıb.

Görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, sülhə doğru aparan istənilən yol dini xadimlərini sevindirir. O əmin olduğunu bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin səyləri nəticəsində problemi həll etmək mümkün olacaq. A.Paşazadə iki ölkənin dini liderlərinin buna yardım göstərməyə hazır olduqlarını bildirib. O vurğulayıb ki, indiyədək keçirdiyi görüşlərdə dəfələrlə müharibənin məsələnin həlli ola bilməyəcəyini deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti