...

Rusiya və Azərbaycan diplomatik əmlak üzrə saziş imzalayacaqlar

Dünya xəbərləri Materials 18 Yanvar 2012 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Tariverdiyeva/

Cümə axşamı, yanvarın 19-da Rusiya və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrov və Elmar Məmmədyarov diplomatik əmlak haqqında sazişin imzalanacağı Moskvada görüşəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2011-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş Rusiya və xarici KİV üçün mətbuat konfransında deyib. Trend-in məlumatına görə, xəbəri "Rossiya 24" kanalı yayıb.

"Rusiyanın icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyası üzrə danışıqlar davam edir və söhbət icarə haqqının parametrləri barəsində gedir. Bu məsələdə prinsipial problem yoxdur", - o deyib.

Prezident İlham Əliyev 2002-ci il yanvarın 25-də müddəti imzalanmış sazişin müddətinin başa çatması ilə əlaqədar Rusiya ilə danışıqlar apracaq Qəbələ RLS-nin ("Dəryal" analitik-informasiya mərkəzi)statusu, icarəsi və ondan istifadənin prinsipləri haqqında danışıqlar üzrə milli qrupun tərkibini müəyyən edib. Azərbaycanın danışıqla rqrupuna Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Moskva tərəfdən bu məsələ üzrə məsləhətləşmələri Rusiyanın Müdafiə, Xarici İşlər,Sənaye və Ticarət nazairliklərinin nümayəndələrinin daxil olduqları işçi komissiya aparır.

RLS Cənub yarımkürəsindəki raket buraxılışları haqqında xəbərdxarlığa xidmət edir. Onun icarə müddəti bu il bitir və Rusiya onu azı 2025-ci ilədək uzatmağa hazırdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, "Rusiyanın təklif etdiyi stansiyanın modernləşdirilməsi kompleks xarakter daşıyan danışıqlarda həll olunacaq və bütün məsələləri, yəni icarə müddətinni, icarə haqqını tənzimləyən vahid sənədin hazırlanması xarakteri daşıyacaq. Azərbaycanın rəsmi şəxslərinin sözlərinə görə,əgər stansiyanın modernləşdirilməsi variantı seçilərsə, danışıqlarda raket buraxılışları üzərində ən yeni texnologiyaların mülkiyyəti haqqında məsələ də həll olunacaq.

Xəbər lenti

Xəbər lenti