Azərbaycan, Bakı, 14 fevral /Trend/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ABŞ-ın dövlət katibi Hillari Klinton çərşənbə axşamı Cənubi Qafqazdakı vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Davudoğlunun sözlərinə görə, belə müzakirələr ABŞ-Türkiyə münasibətlərini möhkəmləndirə, eləcə də Cənubi Qafqazda stabilliyə kömək edə bilər.