...

İstanbul məhkəməsi Silahlı Qüvvələr Baş Qərargahının sabiq rəisinin ittihamı üzrə iddianı qəbul edib

Dünya xəbərləri Materials 15 Fevral 2012 14:43 (UTC +04:00)
İstanbul məhkəməsi Silahlı Qüvvələr Baş Qərargahının sabiq rəisinin ittihamı üzrə iddianı qəbul edib
İstanbul məhkəməsi Silahlı Qüvvələr Baş Qərargahının sabiq rəisinin ittihamı üzrə iddianı qəbul edib

Azərbaycan, Bakı, 15 fevral /Trend müxbir A. Tağıyeva/

İstanbul məhkəməsi bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nüfuzdan salınması məqsədilə kampaniyanın təşkilində iştirak haqqında iş üzrə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi İlkər Başbuğa dair iddianı qəbul edib. Bu barədə çərşənbə günü Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Qeyd edək ki, Başbuğ yanvarın 6-da məhkəmə zalından birbaşa həbsxanaya göndərilib. General Başbuğ 2010-cu ildə istefaya gedib.

Xəbər lenti

Xəbər lenti