...

İslam Əməkdaşlıq Təşkilatının baş katibi liviyalıları birliyə çağırıb

Dünya xəbərləri Materials 7 Mart 2012 13:10 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu ölkənin parçalanmasına yol verməmək üçün liviyalıları birliyin qorunub saxlanmasına çağırıb.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi liviyalıları birliyə çağırıb

Azərbaycan, Bakı, 7 mart / Trend, müxbir A.Tağıyeva /

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Ekmələddin İhsanoğlu ölkənin parçalanmasına yol verməmək üçün liviyalıları birliyin qorunub saxlanmasına çağırıb. Trend-in məlumatına görə, bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.

İhsanoğlu, həmçinin liviyalıları Liviyanın yaşadığı irimiqyaslı dəyişikliklərdən sonra bərpa yolunda olduğu dövrdə Milli Keçid Şurasını (MKŞ) dəstəkləməyə çağırıb.

Dünən bir neçə Liviya tayfası ölkənin şərqindəki Kirenaik əyalətinin muxtariyyətini elan ediblər.

Kirenaik əyaləti neft ehtiyatları ilə zəngindir və burada ölkənin iri neft şirkəti yerləşir.

Xəbər lenti

Xəbər lenti