...

İranda tələbə yataqxanasında 32 tələbə dəm qazından zəhərlənib

Dünya xəbərləri Materials 8 Mart 2012 10:48 (UTC +04:00)
Ötən gün İranın Məşhəd şəhərində tələbə yataqxanasında 32 tələbə dəm qazından zəhərlənib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
İranda tələbə yataqxanasında 32 tələbə dəm qazından zəhərlənib

Azərbaycan, Bakı, 8 mart / Trend müxbir T.Cəfərov/

Ötən gün İranın Məşhəd şəhərində tələbə yataqxanasında 32 tələbə dəm qazından zəhərlənib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, hadisə ötən gün yerli vaxtla 10:03-da baş verib. Hadisə yerinə təcili tibbi yardım işçiləri gəliblər, zəhərlənən şəxslər xəstəxanaya çatdırılıblar.

Zəhərlənənlərdən 30 nəfərin vəziyyəti normallaşıb və onlar bu gün səhər evə buraxılıblar. 2 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.


Xəbər lenti

Xəbər lenti