Azərbaycan, Bakı, 27 mart / Trend müxbir A.Tağıyeva /
"Türkiyə Hava Yolları" aprelin 1-dən Suriyanın paytaxtı Dəməşqə bütün uçuşları dayandırır. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı məlumat verib.
Dünən Türkiyə Dəməşqdəki səfirliyini müvəqqəti bağladığını elan edib. Səfirliyin bütün əməkdaşları Suriyanı tərk edib.
Bu arada, ölkədə zorakılığın davam etməsi ilə əlaqədar Türkiyəyə qaçan suriyalı vətəndaşalrın sayı 17 min nəfərə çatıb. Türkiyə öz ərazisində qaçqınlar üçün əlavə düşərgələr salır.