Azərbaycan, Bakı, 31 mart / Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov /
Suriyada əsirlikdə olan beş iranlı zəvvar şənbə günü Tehrana qayıdıb. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verir.
İrandan olan beş zəvvar Suriyanın Homs şəhərində naməlum silahlı şəxslər tərəfindən oğurlanıb və casusluqda ittiham olunublar. İranlı zəvvarlar iki ay əvvəl müqəddəs yerləri ziyarət etmək üçün Suriyaya gediblər.
Hazırda İran vətəndaşları azad olunub. Onlar Türkiyə sərhədinə gətiriliblər və oarada onları sərhədçilər qarşılayıb.
Daha sonra İranın Türkiyədəki konsulluğu zəvvarların Tehrana təhvil verilməsini təşkil edib. İran XİN-in mətbuat katibi Ramin Mehmanpərəst zəvvarları Tehran aeroportunda qarşılayıb.
Mehmanpərəst zəvvarları salamlayıb və köməyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib.