...

Son sutka ərzində Türkiyə sərhədini keçən suriyalıların sayı kəskin artıb

Dünya xəbərləri Materials 5 Aprel 2012 13:40 (UTC +04:00)
Son sutka ərzində Suriyadan Türkiyəyə 1622 nəfər keçib. Bu barədə cümə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Son sutka ərzində Türkiyə sərhədini keçən suriyalıların sayı kəskin artıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Tağıyeva/

Son sutka ərzində Suriyadan Türkiyəyə 1622 nəfər keçib. Bu barədə cümə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Bununla da Türkiyə ərazisində suriyalı qaçqınların sayı kəskin artaraq 21 622 nəfər təşkil edib.

Suriyalı qaçqınlar sərhədyanı düşərgələrdə yerləşdirilirlər.

Türkiyə qonşu ölkənin ərazisində sığınacaq axtaran qaçqınlar üçün düşərgələrin sayının artırılması üzrə işlər aparır.

Xəbər lenti

Xəbər lenti