...

Kürd muxtariyyəti terror probleminin həllində Türkiyəyə kömək etməyə hazırdır

Dünya xəbərləri Materials 6 Aprel 2012 13:43 (UTC +04:00)
Kürd muxtariyyəti kürd probleminin uğurla nizamlanması üçün Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır.
Kürd muxtariyyəti terror probleminin həllində Türkiyəyə kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Tağıyeva/

Kürd muxtariyyəti kürd probleminin uğurla nizamlanması üçün Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır. Trend-in "CNN Turk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Şimali İraqın kürd administrasiyasının rəhbəri Məsud Bərzanı bildirib.

"Kürd muxtariyyəti kürd probleminin həlli üçün Türkiyə və Kürd Fəhlə Partiyası (PKK) arasında vasitəçi olmağa hazırdır", - Bərzani deyib.

O həmçinin qeyd edib ki, kürd administrasiyası Türkiyə ərazisində terror aktlarının baş verməməsi üçün PKK-ya təzyiq göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti