Azərbaycan, Bakı, 22 aprel /Trend/
Bazar günü Fransada keçirilən prezident seçkilərində ilkin nəticələrə görə Fransua Olland liderlik edir. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə Olland birinci yerdədir (28%), indiki prezidenti Nikolya Sarkozi ikincidir (26%), Marin Le Pen isə üçüncü yerdədir (16%).
Fransada bazar günü prezident seçkilərinin birinci turu keçirilir. Prezidentliyə 10 nəfər namizədliyini irəli sürüb.