...

İran dağınıq sklerozun müalicəsi üçün preparat istehsal edəcək

Dünya xəbərləri Materials 1 May 2012 11:08 (UTC +04:00)
İran dağınıq sklerozun müalicəsi üçün istifadə olunan qlatiramer-asetat preparatı istehsal edəcək.
İran dağınıq sklerozun müalicəsi üçün preparat istehsal edəcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Tariverdiyeva, T.Cəfərov/

İran dağınıq sklerozun müalicəsi üçün istifadə olunan qlatiramer-asetat preparatı istehsal edəcək. Trend-in məlumatına görə, bu barədə İRİB News informasiya agenrliyinə ölkənin "Tofik Daru" tədqiqat şirkətinin baş direktoru Hüseyn Əttar məlumat verib.

Qlatiramer-asetat hazırda dağınıq sklerozun müalicəsi üçün istifadə olunan immunimodulyatordur.

Dağınıq sklerozun kliniki cəhətdən müəyyən olunması üçün iki və ya daha çox simptomun olması tələb olunsa da, qlatiramer-asetat təkcə bir simptomun müəyyən edilməsindən sonra müalicə üçün təsdiqlənib. Qlatiramer-asetat dərialtı ineksiyadır.

Preparat ilk dəfə İsraildə yaradılıb və hazırlanıb.

Əttar əlavə edib ki, İran indiyədək bu preparatı idxal edirdi, lakin hazırda ölkə indi onu müstəqil istehsal edə bilər.

"Biz fentanil, alfentanil, sulfentanil və qlatiramer-asetat kimi peptid preparatların bir neçə növünü idxal edirik. Onların hazırlanması üçün xüsusi texnologiya tələb olunur və indi İran onları öz gücünə istehsal etməyə qadirdir", - Əttar deyib.

O əlavə edib ki, İslam Respublikası aralarında qlatiramer-asetat olmaqla peptid preparatların 15 növünün yerli istehsalına başlamağa qadirdir.

Xəbər lenti

Xəbər lenti