...

Ermənistanda seçki komissiyalarının 200-dən çox üzvü seçki məntəqələrinə gəlməyib

Dünya xəbərləri Materials 6 May 2012 11:31 (UTC +04:00)
Ermənistanda seçki komissiyalarının 200-dən çox üzvü seçki məntəqələrinə gəlməyib.
Ermənistanda seçki komissiyalarının 200-dən çox üzvü seçki məntəqələrinə gəlməyib

Ermənistanda parlament seçkiləri günündə seçki komissiyalarının iki yüz on səkkiz üzvü bazar günü seçki məntəqələrinə gəlməyib. Bu barədə respublikanın Mərkəzi seçki komissiyasının sədri Tiqran Mukuçyana istinadən RİA Novosti xəbər yayıb.

"Seçki komissiyalarının sədrləri lazımi qaydada yeni təyinatları keçirdilər, bütün seçki komissiyaları komplektləşdirilmişdir", - Mukuçyan bildirib.

Ermənistanda bu gün parlament seçkiləri keçirilir. Ölkə polisinin məlumatına görə, seçkilərdə 2 432 238 nəfərədək seçici iştirak edəcək.

Seçkilərin nəticələri haqqında qəti qərar səsvermə günündən yeddi gün sonra qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti