...

Gürcüstanda güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 7 May 2012 10:18 (UTC +04:00)
Bazar ertəsi yerli vaxtla səhər saat 08:40-da Gürcüstanda güclü zəlzələ baş verib.
Gürcüstanda güclü zəlzələ baş verib

Gürcüstan, Tbilisi, 7 may /Trend, müxbir N.Kirsxaliya/

Bazar ertəsi yerli vaxtla səhər saat 08:40-da Gürcüstanda güclü zəlzələ baş verib.

Trend-in məlumatına görə, Gürcüstanın Seysmoloji Monitorinq Mərkəzindən bildirilib ki, 5,7 bal gücündə olan yeraltı təkanların episentri ölkənin şərqindəki Dedoplitskar rayonunda olub.

Dağıntı və tələfat haqqında hələlik məlumat verilmir.

Təkanlar Tbilisidə 4 bal gücündə hiss olunub.

Xəbər lenti

Xəbər lenti