...

"Türkiyə Hava Yolları" bəzi reysləri təxirə salıb

Dünya xəbərləri Materials 25 May 2012 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend, müxbir A.Tağıyeva /

"Türkiyə Hava Yolları" hava şəraitinin pis olması ilə əlaqədar bəzi daxili və beynəlxalq aviareysləri təxirə salıb. Trend-in məlumatına görə, bu barədə THY-nin rəsmi saytında xəbər verilir.

Təxirə salınan reyslər arasında İstanbuldan Sofiyaya, Donetskə, Belqrada olan reyslər var. Habelə Samsun, Şanlıurfa, Diyarbəkir, Trabzon, Hatay və Ərzurum istiqamətində daxili reyslər də təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti