...

Dövlət Departamenti: ABŞ siyasətçilərinin İranın nüvə probleminə yanaşmaları onların partiya mənsubiyyətindən asılı deyil

Dünya xəbərləri Materials 18 İyul 2012 09:00 (UTC +04:00)
ABŞ siyasətçilərinin İranın nüvə probleminə yanaşmaları onların Birləşmiş Ştatların iki partiyasından birinə mənsub olmalarından asılı deyil və prezident seçkiləri də daxil olmaqla, daxili şərait təsir etmir. Bu barədə bazar ertəsi Trend-ə ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib.
Dövlət Departamenti: ABŞ siyasətçilərinin İranın nüvə probleminə yanaşmaları onların partiya mənsubiyyətindən asılı deyil

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

ABŞ siyasətçilərinin İranın nüvə probleminə yanaşmaları onların Birləşmiş Ştatların iki partiyasından birinə mənsub olmalarından asılı deyil və prezident seçkiləri də daxil olmaqla, daxili şərait təsir etmir. Bu barədə bazar ertəsi Trend-ə ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib.

ABŞ-da prezident seçkiləri 2012-ci ilin noyabrında keçiriləcək.

Bəzi ekspertlər güman edirlər ki, Barak Obamanın İranla münasibətlərə yanaşmasında həddindən artıq ehtiyatlılıq var.

Eyrin sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı narahatlıq ABŞ-dakı siyasi qüvvələrin hamısı, eləcə də beynəlxalq birliyin nümayəndələri üçün ümumidir. O deyib ki, başqa sözlə, bu, İranla Birləşmiş Ştatlar arasında "düşmənçilik" məsələsi deyil, bu ABŞ-ın real təhlükənin mövcud olması ilə bağlı narahatlığıdır.

"Kütləvi qırğın silahlarının yayılmaması haqqında müqavilənin yerinə yetirilməsi ilə bağlı İranın öhdəlikləri beynəlxalq birliyin onun nüvə proqramı ilə bağlı qayğılarını aradan qaldıracaq. Bu məsələdə ABŞ və "altılıq" ölkələri arasında heç bir fikir ayrılığı yoxdur", - o deyib.

Eyrin sözlərinə görə, bəzən İran barəsində tətbiq edilən ölçülərin və alətlərin qəbulu məsələsində "altılıq" üzvlərinin arasında mübahisələr olur, amma bu mübahisələr məqsədə qarşı yönəlməyib.

Rusiyanın, Böyük Britaniyanın, Çinin, ABŞ-ın, Fransanın və Almaniyanın nümayəndələrinin daxil olduqları "altılıq" 2003-cü ildən BAEA ilə birgə İranda nüvə silahının yayılmaması üçün təhlükə törədən uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti