...

Türkiyədəki Suriya qaçqınlarına güzəştlər ediləcək

Dünya xəbərləri Materials 21 İyul 2012 12:10 (UTC +04:00)
Suriyadakı toqquşmalardan Türkiyəyə qaçaraq bu ölkədə sığınanlara bir sıra güzəştlərin edilməsi gözlənilir.
Türkiyədəki Suriya qaçqınlarına güzəştlər ediləcək

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir R.Hafizoğlu/

Suriyadakı toqquşmalardan Türkiyəyə qaçaraq bu ölkədə sığınanlara bir sıra güzəştlərin edilməsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Ölkədəki Suriya qaçqınlara edilməsi nəzərdə tutulan güzəştlərə onlara müəyyən məbləğdə aylıq məvacibin verilməsi də daxildir.

Suriyada daxili toqquşmaların başladığı gündən etibarən Türkiyəyə qaçanların sayı 40 mindən çoxdur.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb. Təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti