...

İraq məhkəməsinin qərarı siyasi qərardır – keçmiş vitse-prezident

Dünya xəbərləri Materials 10 Sentyabr 2012 14:20 (UTC +04:00)
İraqın keçmiş vitse-prezidenti Tarik əl-Haşimi hesab edir ki, İraq məhkəməsinin onun barəsində qiyabi ölüm hökmü çıxarmasının əsasında siyasi motivlər durur.
İraq məhkəməsinin qərarı siyasi qərardır – keçmiş vitse-prezident

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

İraqın keçmiş vitse-prezidenti Tarik əl-Haşimi hesab edir ki, İraq məhkəməsinin onun barəsində qiyabi ölüm hökmü çıxarmasının əsasında siyasi motivlər durur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin TRT Haber telekanalı xəbər verib.

Haşiminin sözlərinə görə, hazırda İraq öz siyasi həyatının ən çətin dövrünü yaşayır, ölkədə demokratiya yoxdur.
O, həmçinin əlavə edib ki, İraq məhkəməsi onu müfadiə olunmaq hüququndan məhrum edib.

Bazar günü İraq məhkəməsi bu ölkənin keçmiş vitse-prezidenti, 300-dən artıq cinayətdə ittiham olunan Tarik əl-Haşimini dar ağacından asmaqla ölüm cəzasına məhkum edib. Bu barədə Reyter agentliyi xəbər verib.

Nüfuzlu sünni siyasətçisi olan Tarik əl-Haşimi 2011-ci ilin dekabrında İraqın Baş naziri, şiə Nuri əl-Maliki tərəfindən terrorçuluq fəaliyyətində, o cümlədən partlayışların törədilməsində, yüksək çinli məmurların, zabitlərin, hakimlərin və həkimlərin oğurlanması və qətlində günahlandırılıb. Elə həmin ay İraqın məhkəmə hakimiyyəti tərəfindən onun həbsinə order verilib.

Əl-Haşimi 2011-ci ilin dekabrında müəyyən müddətə Bağdadı tələsik tərk edərək Şimali İraqın kürd administrasiyasında İraq Prezidenti Cəlal Tələbaninin "qonağı" olub. Bu ilin mayında verilən məlumata görə, İnterpol-un axtarışında olan əl-Haşimi hazırda Türkiyədədir.

Xəbər lenti

Xəbər lenti