Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin təyyarəsi şassidə nasazlıq səbəbindən Buxarest aeroportuna təcili enməli olub.
Trend-in məlumatına görə, Gürcüstan Prezidenti Administrasiyasının rəsmi saytında bildirilir ki, uçuşdan 20 dəqiqə sonra dövlət başçısının təyyarəsi geri qayıdıb və təcili enməni tələb edib.