...

“Türk Hava Yolları” bir sıra reysləri təxirə salıb

Dünya xəbərləri Materials 7 Yanvar 2013 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar bir sıra daxili və beynəlxalq reysləri təxirə salıb. Trend-in məlumatına görə, bu barədə şirkətin öz saytında dərc etdiyi xəbərdə deyilir.

Məşhəd, Berlin, Əmman, Vyana, Beyrut, İslamabaad, Kopenhagen, Milan və Buxarest şəhərləri istiqamətində beynəlxalq reyslər təxirə salınıb.

Habelə İqdır, Diyarbəkir, Konya, Kayseri, Qaziantep, Elazıq, Malatya, Afana və İzmir istiqamətlərindəki daxili reyslər də ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti