Azərbaycan, Bakı, 1 mart /Trend/
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ed Pastor Xocalı faciəsi ilə bağlı bəyanat yayıb. bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Pastor, Xocalı faciəsini Ermənistan-Azərbaycan müharibəsinin ən faciəvi hadisəsi olduğunu, yüzlərlə insanın həlak olması, ailələrin məhv edilməsi və şəhərin dağıdılması ilə nəticələndiyini bildirmişdir.
Konqresmen Ermənistan və Azərbaycan arasında 1994-cü ildə atəşkəs imzalanmasına baxmayaraq, münaqişənin davam etdiyini və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hələ də erməni gücləri tərəfindən işğal altında saxlandığını bəyan etmişdir.
Konqresmen Pastor Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyini və iqtisadi yüksəlişini təmin edəcəyini vurğulamışdır.