...

Ermənistanın Konstitutsiya Məhkəməsi 10 gün ərzində seçkilərin rəsmi nəticələrinin ləğvi haqqında iddiaya baxacaq

Dünya xəbərləri Materials 4 Mart 2013 13:01 (UTC +04:00)
Ermənistanın Konstitusiya Məhkəməsi prezident seçkilərində keçmiş namizəd,"İrs" partiyasının lideri Raffi Hovannisyanın seçkilərin rəsmi nəticələrinin ləğvi haqqında iddiasına 10 gün ərzində baxacaq.
Ermənistanın Konstitutsiya Məhkəməsi 10 gün ərzində seçkilərin rəsmi nəticələrinin ləğvi haqqında iddiaya baxacaq

Ermənistanın Konstitusiya Məhkəməsi prezident seçkilərində keçmiş namizəd, "İrs" partiyasının lideri Raffi Hovannisyanın seçkilərin rəsmi nəticələrinin ləğvi haqqında iddiasına 10 gün ərzində baxacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "News.am" Konstitusiya Məhkəməsinə istinadən xəbər yayıb.

MSK-nın məlumatına görə, 37 faiz səs yiğmış və nəticələri tanımayan Raffi Hovannisyanın tərəfdarları bazar ertəsi Konstitusiya Məhkəməsinə nəticələrin ləvği ilə bağlı iddia təqdim edəcəklər.

Həmçinin, həmin gün Raffi Hovannisyanın mətbuat katibi və hüquq məsləhətçiləri Konstitusiya Məhkəməsinin qaşısında mətbuat konfransı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti