...

İran görünməz təyyarəni təyin etdiyini iddia edir (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 12 Mart 2013 13:26 (UTC +04:00)
İstehsalçıların radarlar üçün görünməz olduğunu iddia etdikləri təyyarə İranın təhlükəsizlik qüvvələri tərəfindən təyin edilib.

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbirlər E. Tariverdiyeva, T. Cəfərov/

İstehsalçıların radarlar üçün görünməz olduğunu iddia etdikləri təyyarə İranın təhlükəsizlik qüvvələri tərəfindən təyin edilib. Trend-in çərşənbə axşamı "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "Hatam əl-Ənbiya" hava hücumundan müdafiə bazasının komandanı, briqada generalı Fərzad İsmaili deyib.

"Təyyarə təyin edilib, ekipaja müvafiq xəbərdarlıq edilib" , - İsmaili deyib və əlavə edib ki, xəbərdarlıq aldıqdan sonra təyyarə İran ərazisini tərk edib.

Onun sözlərinə görə, "Dragon Lady" adı ilə tanınan ABŞ-a məxsus "Lockheed U-2" təyyarəsi İranın Oman ilə sərhədinə yaxınlaşıb və İran izləmə sistemləri tərəfindən İslam İnqilabının 34-cü ildönümünün qeyd edilməsi günü təyin edilib.

Qeyd edək ki, "Dragon Lady" ABŞ-ın Hərbi Hava Qüvvələri və Mərkəzi Kəşfiyyat İdarəsinin sərəncamında olan kəşfiyyat təyyarəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti