...

Baş prokuror: İranlı nüvə alimlərinin qətlində şübhəli bilinənlər məsuliyyətə cəlb olunacaq

Dünya xəbərləri Materials 18 Mart 2013 14:00 (UTC +04:00)
İranlı nüvə alimlərinin qətlində şübhəli bilinən 18 nəfər hazırda həbsxanada saxlanılır və yaxın vaxtlarda onlar məhkəmə qarşısına çıxarılacaqlar.
Baş prokuror: İranlı nüvə alimlərinin qətlində şübhəli bilinənlər məsuliyyətə cəlb olunacaq

Azərbaycan, Bakı, 18 mart / Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

İranlı nüvə alimlərinin qətlində şübhəli bilinən 18 nəfər hazırda həbsxanada saxlanılır və yaxın vaxtlarda onlar məhkəmə qarşısına çıxarılacaqlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "İsna" agentliyi Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadinin çıxışına istinadən xəbər yayıb.

"Bu işlə bağlı çox böyük işlər görülüb, İsrail və ABŞ-dan olan cəsuslar öz planlarını həyata keçirmək imkanından məhrum ediliblər", - o, qeyd edib.

Bir müddət əvvəl İranda jurnalistlərin həbs olunması ilə bağlı məsələyə gəldikdə isə Dövlətabadi onları hamısının azad olunduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti