Azərbaycan, Bakı, 22 mart /Trend, E. Əliyev/
Çərşənbə günü Gürcüstan sərhədçiləri tərəfindən saxlanmış "Aydar" gəmisinin ekipaj üzvlərinin ikisi Rusiya, üçü - Ukrayna, dördü isə Azərbaycan vətəndaşıdır. Bu barədə Trend-ə Gürcüstan Sərhəd Polisinin (GSP) nümayəndəsi məlumat verib.
Saxlanılan Azərbaycan dənizçilərinin adları:
1. Mahir Səfərov, kapitanın baş köməkçisi
2. Bəylər Hüseynov, böyük mexanik
3. Rüfət Cəlilov, ikinci mexanik
4. Elşad Mahmudov, elektrik
GSP nümayəndəsinin sözlərinə görə, dənizçilər Gürcüstanın "İşğal edilmiş ərazilər haqqında" qanunun pozulmasında ittiham edilir və Potidə saxlanılırlar.
Qeyd eək ki, balıq unu və piyi daşımış gəmi neytral sularda saxlanılıb və Gürcüstanın Poti limanına aparılıb.