Azərbaycan, Bakı, 6 may /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/
Bazar ertəsi səhər saatlarında İranın Buşəhr əyalətinin Kaki şəhərində yenidən zəlzələ baş verib. Trend-in məlumatında görə, "İSNA" agentliyi xəbər yayıb.
İlkin məlumatlara görə, təxminən səhər saat 07:00 radələrində baş verən zəlzələnin gücü Rixter cədvəli üzrə 5,1 bal olub.
Dağıntılar və xəsarət alanlar haqqında hələlik məlumat verilmir.
Xatırladaq ki, bir neçə gün əvvəl Kaki şəhərində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.