...

Nazir müavini: İranda prezident seçkilərindən sonra uduzan olmayacaq

Dünya xəbərləri Materials 1 İyun 2013 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbirlər F. Əminli, Y. Kosolapova/

İranda prezident seçkiləri uduşsuz vəziyyətdir və ölkədə uduzan yoxdur. Trend-in şənbə günü ISAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Daxili İşlər Nazirliyin seçki qərargahının katibi, nazir müavini Seyid Solat Murtazavi bildirib.

Murtazavi İran vilayətlərinin qubernatorları ilə görüşdə deyib ki, ölkənin düşmənləri insanların seçkilərdə iştirak etməmələrinə çalışırlar.

Ölkənin mövcud problemlərinə toxunan nazir müavini qeyd edib ki, düşmənlər iranlılara təsir etmək istəyirlər.

Lakin onun sözlərinə görə, seçkilərdə seçicilərin yüksək fəallığı İslam Respublikasının iranlılar arasında nə qədər populyar olduğunu göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti